Dünya
Türkiyə ilə Almaniya arasında “dönər müharibəsi” – Brüssel Ankaranın tərəfini tutsa...
Türkiyə ilə Almaniya arasındakı münasibətlər dönər kababın düzgün hazırlanması texnologiyasına görə gərginləşib.
Publika.az xəbər verir ki, Britaniyanın “The Telegraph” qəzeti dekabrın 29-da bu barədə yazıb və məşhur yeməklə bağlı vəziyyəti ölkələr arasında “müharibə” adlandırıb.
“Berlin və Ankara ət yeməkləri üstündə mübahisə etdi və Aİ məşhur onun gələcək statusu ilə bağlı qərar verməli oldu”, - nəşr yazır.
Nəşr qeyd edir ki, aprel ayında Türkiyə yeməyin türk versiyasını Aİ-də qeydiyyata almaq üçün müraciət edib ki, bu da ona Fransız şampanı və ya İtaliyadan gələn Neapolitan pizzası ilə eyni səviyyədə qorunma təmin edəcək. Bundan sonra Almaniya şikayət edib.
Material müəlliflərinin izah etdiyi kimi, Brüssel Türkiyənin tərəfini tutsa, Almaniya ya kababın adını tamamilə dəyişməyə, ya da yeməyi türk reseptinə uyğun hazırlamağa məcbur olacaq.
Yaza qədər Almaniya və Türkiyə müstəqil şəkildə məsələni həll edəcəklər. Ölkələr kompromis tapmasalar, dönərlə bağlı münaqişəni Avropa Komissiyası (AK) həll edəcək.
Bundan əvvəl, sentyabrın 27-də bildirilmişdi ki, AK dönərin düzgün hazırlanması resepti ilə bağlı mübahisəni həll etmək üçün Almaniya və Türkiyəyə 6 ay vaxt verib. Türkiyə bu mübahisədə qalib gəlsə, məşhur yemək Avropada yeni adla satılmalı olacaq.
Tural
-
Sosial21:36Bakıda stilist doğuşdan sonra vəfat etdi - VİDEO
-
Magazin220:24Fədayə Laçın Azərbaycana qayıdır
-
Pul19:36İlon Maskın sərvəti kəskin artdı
-
Sosial19:00Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü - Anası 3 nəfərdən şikayətçidir
-
İdman18:24"Turan Tovuz" "Kəpəz"i məğlub etdi
-
Region17:10İrandan sərt xəbərdarlıq: "Dünyanın istənilən nöqtəsinə zərbə endirəcəyik"
-
Hadisə17:00Azadlığa çıxan sabiq icra başçısı: "Müalicəyə başlamışam" - FOTO
-
Digər16:52Məktəbdəki partlayışda ölənlərin sayı artdı - 110 yaralı var - YENİLƏNİB
















.jpg)






.jpg)








