ABŞ
Trampın qolf meydançası “yer üzündən silindi”
ABŞ prezidenti Donald Trampın qiymətləndirməsinə görə, Vaşinqtondakı Şərqi Potomak parkında yerləşən qolf meydançası fırtına və çayın daşması nəticəsində demək olar ki, tamamilə dağılıb.
Publika.az xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social" platformasında yazıb.
Onun sözlərinə görə, meydança “yer üzündən silinib”: sahilboyu ərazi və yol yuyulub, obyekt isə hazırda insanlar üçün təhlükəli və istifadəyə yararsız vəziyyətdədir.
Prezident yararsız hala düşmüş meydançanı əsaslı şəkildə bərpa edilməli olan “zibil adası” adlandırıb və işlərin ləngiməsinə görə məsuliyyətin bir hissəsini Kolumbiya dairəsinin federal hakimi Ana Reyesin üzərinə qoyub. Trampın fikrincə, hakim siyasi motivlərlə möhtəşəm qolf meydançasının tikintisinə mane olmaq üçün əlindən gələni edib. Dövlət başçısının sözlərinə görə, hazırda Daxili İşlər Nazirliyi layihənin həyata keçirilməsinə dərhal icazə verilməsini ondan tələb edir.
Məhkəmə mübahisəsi daha əvvəl başlayıb: Reyes parkın yenidən qurulması məqsədilə əraziyə ictimai girişin bağlanması barədə hakimiyyət orqanlarının qərarının icrasını müvəqqəti dayandırıb. Administrasiya isə təkrar daşqınlardan qorunmaq üçün sahilboyu ərazinin səviyyəsinin yüksəldilməsi də daxil olmaqla, genişmiqyaslı tədbirlər kompleksinin həyata keçirilməsində israr edir. CNN-in məlumatına görə, layihənin dəyəri 49 milyon dollara çata, işlər isə 15 ayadək davam edə bilər.
Münaqişənin baş verdiyi şərait də olduqca əlverişsiz olub. Noyabrın 26-da ABŞ-ın şərq ştatlarında güclü yağış və saniyədə 29 metrədək çatan küləklə müşayiət olunan şiddətli fırtına baş verib. Təxminən 840 min istehlakçının elektrik enerjisi təchizatı kəsilib. Hazırda 189 min ev təsərrüfatında elektrik enerjisinin verilişində fasilələr davam edir. Nyu-York şəhərdə keçirilən tədbirlərin təqvimini dəyişməyə məcbur olub: ənənəvi Macy's paradı cümə axşamından şənbə gününə keçirilib.
Şərqi Potomak parkının idarəçiliyi ABŞ Milli Parklar Xidmətinə həvalə edilib. Qolf meydançası hələ 2025-ci ildə ziyarətçilər üçün bağlanıb, bundan sonra qurum ərazinin yenilənməsi planını təqdim edib. Plana müasir klub binasının tikintisi və sahil xəttinin mühəndis-texniki cəhətdən möhkəmləndirilməsi daxil olub. Lakin bu təşəbbüs etirazlarla qarşılanıb: ekoloji təşkilatlar və şəhər sakinlərinin bir qismi əhalinin su hövzəsinə sərbəst çıxış imkanını itirəcəyini əsas gətirərək plana qarşı çıxıb.
Hüseyn İbadlı
-
Magazin220:24Fədayə Laçın Azərbaycana qayıdır
-
Pul19:36İlon Maskın sərvəti kəskin artdı
-
Sosial19:00Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü - Anası 3 nəfərdən şikayətçidir
-
İdman18:24"Turan Tovuz" "Kəpəz"i məğlub etdi
-
Region17:10İrandan sərt xəbərdarlıq: "Dünyanın istənilən nöqtəsinə zərbə endirəcəyik"
-
Hadisə17:00Azadlığa çıxan sabiq icra başçısı: "Müalicəyə başlamışam" - FOTO
-
Digər16:52Məktəbdəki partlayışda ölənlərin sayı artdı - 110 yaralı var - YENİLƏNİB
-
MDB15:49"Metsamor"un istismar müddəti rəsmən uzadıldı - 160 milyon dollar xərclənəcək





















.jpg)














