Region
Türkiyə-Ermənistan sərhədində nə baş verir, sabah hansı addım atılacaq? - DETALLAR
Türkiyə və Ermənistan 1 yanvar 2026-cı il tarixində diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün vizaların verilməsini asanlaşdıracaq.
Publika.az xəbər verir ki, Ankara və İrəvan bununla bağlı qərar verildiyini açıqlayıb.
Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, bu qərar normallaşma prosesi üzrə xüsusi nümayəndələr arasında əldə olunmuş razılaşma çərçivəsində verilib. Ermənistan Xarici İşlər Nazirliyi də analoji açıqlama yayıb.
Bu qərar fonunda Türkiyə-Ermənistan sərhədində baş verənlər diqqət çəkir. Məlumatlara görə, sərhəddəki Əlican keçid məntəqəsində yenidənqurma işləri aparılır. İğdırın yerli media orqanları isə keçid məntəqəsinin yanvar ayında açılmasının planlaşdırıldığını, işlərin buna görə sürətləndirildiyini yazıb. Bununla yanaşı, keçid məntəqəsində görülən işlərə birbaşa İğdır valisi Ercan Turanın nəzarət etdiyi deyilir. Vali ötən həftə Əlican məntəqəsinə baş çəkərək, görülən işlərlə tanış olmuşdu.
İğdırın yerli mediasında yayılan məlumatlarda qeyd olunur ki, Türkiyə-Ermənistan sərhədi açılarsa, sərnişin və nəqliyyat vasitələrinin hərəkətində gözlənilən artım qarşısında yol infrastrukturu yetərli deyil.
“Yeşildır” qəzeti yazır ki, Əlican sərhəd keçid məntəqəsində nəqliyyat və infrastruktur problemlərinin həlli vacibdir. Məlumatlara görə, keçid məntəqəsi avqust ayına qədər sərnişin daşınması üçün açıla bilər.
Türkiyənin Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi üçün bağladığı sərhədi Bakı-İrəvan xəttində sülh danışıqlarının irəliləməsi fonunda açacağı gündəmə gəlib. Prezident Rəcəb Tayyip Ərdoğan da bu yaxınlarda bildirmişdi ki, Ankara gələ il İrəvanla münasibətlərin normallaşdırılması prosesində “simvolik addımlar” atacaq.
“Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa çox yaxındır. Biz Ermənistanla münasibətlərimizin normallaşdırılması prosesini Azərbaycanla dialoq çərçivəsində inkişaf etdiririk. Ümid edirəm ki, gələn ilin əvvəlində bu istiqamətdə bəzi simvolik addımlar atacağıq”, - Ərdoğan bəyan etmişdi.
Ermənistanın baş naziri Nikol Paşinyan da belə addımların atılmasına ümid etdiklərini bildirmişdi.
Asif
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi





































