Dünya
"Marafon kraliçası"nın malikanəsi hərraca çıxarılır: Görün nə qədər borcu varmış
“Marafon kraliçası” Yelena Blinovskayanın Moskva vilayətinin İstra şəhərindəki evi vergi xidmətinə olan borcunun bir hissəsini ödəmək üçün hərraca çıxarılacaq.
Publika.az xəbər verir ki, bu barədə "Life SHOT" məlumat yayıb.
Jurnalistlərin sözlərinə görə, hazırda Blinovskayanın bütün əmlakının inventarlaşdırılması aparılır və ilkin məlumatlara görə, yayda prosedur başa çatacaq. Bundan sonra obyektlərin satış qaydası və şərtləri məlum olacaq.
İflas üzrə müvəkkilinin dediyi kimi, Moskva yaxınlığındakı 500 milyon rubl dəyərində malikanə ən azı altı aydan sonra hərraca çıxarılacaq. Onun satışı Blinovskayanın borcunun böyük hissəsini ödəyəcək.
Blinovskaya 2023-cü il aprelin 27-də avtomobillə Rusiya sərhədini keçməyə cəhd edərkən saxlanılıb. Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi ona qarşı 918 milyon rubldan çox məbləğdə vergidən yayınma və 43 milyon rubldan çox pulların yuyulması maddəsi ilə cinayət işi açıb.
Xatırladaq ki, 2024-cü il noyabrın 13-də məhkəmə “marafon kraliçası”nı müflis elan edib və onun əmlakının satışı üçün prosedur başladıb. Onun dövlətə ümumi borcu hazırda 1 milyard 170 milyon rubldan çoxdur.
Adəm
-
Dünya02:12Pakistandan ACI XƏBƏR - Ölənlərin sayı 67-yə çatdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kainat sizə görün nə pıçıldayır...
-
Magazin122 Yanvar 23:48Vaqif Gərayzadə Röya Ayxanın evində… - FOTO
-
İdman22 Yanvar 22:48Ronaldonun qızı “Titanik”in mahnısını oxudu - VİDEO
-
Avropa22 Yanvar 22:36Hitlerin gündəliyi elə qiymətə satıldı ki...
-
Magazin222 Yanvar 22:00Cennifer Lopez evsiz kişiyə görün nə verdi - FOTO/VİDEO
-
Sosial22 Yanvar 21:36Zivər Zeynalovaya yeni vəzifə verildi
-
Avropa22 Yanvar 21:24Zelenski təsdiqlədi: Bu ölkədə üçtərəfli görüş keçiriləcək





















.jpg)











