İdman
"Arsenal" 21 yaşlı hücumçu üçün 100 milyondan çox ödəməlidir
“Arsenal” klubu qış transfer pəncərəsində “RB Leyptsiq”in hücumçusu Antonio Nusanı heyətinə qatmaq istəyirsə, bunun üçün böyük məbləğ ödəməli olacaq.
Publika.az xəbər verir ki, Almaniya təmsilçisi norveçli futbolçunu yanvar ayında satmaq niyyətində deyil və mümkün transfer üçün 100 milyon avrodan artıq təklif gözləyir.
Məlumata görə, “Arsenal”ın baş məşqçisi Mikel Arteta hücum xəttini gücləndirmək üçün 21 yaşlı futbolçunu əsas namizədlərdən biri kimi nəzərdən keçirir. London klubunun skautları Nusanın həm Bundesliqada, həm də Çempionlar Liqasındakı çıxışını yaxından izləyiblər.
“Sky Germany”nin məlumatına əsasən, “Leyptsiq” yalnız 100 milyon avro həddini aşan astronomik təklif qarşılığında futbolçunun qışda ayrılmasına razılıq verə bilər. Almaniya klubu mövsümün ortasında əsas oyunçularından birini itirmək istəmir.
Bundesliqada dördüncü pillədə qərarlaşan və Çempionlar Liqasının liqa mərhələsində mübarizəsini davam etdirən komanda mövsümün qalan hissəsində heyətini qorumağa çalışır.
Nusa bu mövsüm Almaniya klubunda məhsuldar çıxışı ilə diqqət çəkir. İki il əvvəl “Brügge”dən 21 milyon avroya transfer olunan hücumçu indiyədək bütün turnirlərdə 17 matçda meydana çıxıb, 9 qol vurub və 8 məhsuldar ötürmə verib. O, Norveç millisinin heyətində isə 36 oyunda 10 qola imza atıb.
Beləliklə, “Arsenal” qarşıdakı həftələrdə ya “Leyptsiq”in yüksək maliyyə tələbini qarşılamaq, ya da alternativ hücumçulara yönəlmək barədə qərar verməli olacaq.
Qeyd edək ki, “Leyptsiq” daha əvvəl Yan Diomandenin qışda satışına razılıq verməmiş, sonradan isə onun transferi üçün “Real Madrid”lə 120 milyon funt-sterlinqə qədər çata biləcək razılaşma əldə etmişdi. Bu səbəbdən “Arsenal” Nusa ilə bağlı danışıqları yay transfer pəncərəsinə saxlamaq məcburiyyətində qala bilər.
-
MDB15:49"Metsamor"un istismar müddəti rəsmən uzadıldı - 160 milyon dollar xərclənəcək
-
Region15:40İran düşmənlərini “Zəncirotu” ilə vuracaq: Yeni PUA-lar nələri bacarır?
-
Avropa15:23“Starlink”ə alternativ tapıldı: Kiyev Krım körpüsünü İsrail sistemi ilə vurub
-
Digər14:47Məktəbdəki partlayışda yaralananların sayı 100-ü keçdi - YENİLƏNİB
-
Ekologiya12:44Sabahın hava proqnozu açıqlandı
-
MDB12:21Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
-
Ekologiya11:36Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb
-
Hadisə11:20Azərbaycanda Əfqanıstan vətəndaşları saxlanıldı







.webp)












.jpg)





.jpg)








