“Müsəlman qardaşlar“a böyük zərbə
Bizi izləyin

Dünya

“Müsəlman qardaşlar“a böyük zərbə

Misirdə başa çatan prezident seçkisinin ikinci turunda "Müsəlman qardaşlarının" lideri Məhəmməd Mursi qalib gəldi. Ancaq onun bu qələbəsi "Müsəlman qardaşlar"la ordu arasında dərin böhranın yaranmasına gətirib çıxara bilər.

Publika.Az-ın məlumatına görə, hakimiyyətdə olan Ali Hərbi Şura seçkilərin başa çatmasından sonra yeni qanun layihəsi hazırlayıb. Layihənin mətninin məzmunu açıqlanmasa da, hərbi rəsmilərə istinadən yayılan xəbərlərə görə, ordu bu qanunla parlamentin maliyyə vəsaitlərinin xərclənmə sistemini və prezidentin əksər səlahiyyətlərini ələ keçirib.

Marşal Hüseyin Tantavinin rəhbərliyi ilə toplanan Ali Hərbi Şura yeni Kostitusiyanın kim tərəfindən yazılacağına da yenə ordunun qərar verəcəyi bildirib.

Mütəxəssislər yeni qanunla ordunun prezidenti simvolik bir hakimiyyətə çevirdiyini və hakimiyyəti yenidən nəzarətə alaraq, çevriliş etdiyini deyib.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm