Şimali Amerikada ilk henipavirus aşkarlandı: Yeni pandemiya gəlir?
Bizi izləyin

Dünya

Şimali Amerikada ilk henipavirus aşkarlandı: Yeni pandemiya gəlir?

Alimlər Şimali Amerikada ilk dəfə henipavirus növünün aşkar edildiyini açıqlayıblar. “Camp Hill” adlanan bu virus Alabama ştatında aşkar edilib və tədqiqatçılar tərəfindən diqqətlə araşdırılır.

Publika.az xəbər verir ki, henipaviruslar, Hendra və Nipah kimi virusların insanlarda, cümlədən heyvanlarda ağır xəstəliklərə, hətta ölümə səbəb olduğu bildirilir.

İlk dəfə Avstraliyanın Brisben şəhərində aşkar edilən Hendra virusu və Cənub-Şərqi Asiyada, xüsusilə Malayziya və Banqladeşdə baş verən epidemiyalarda 40-75 faiz arasında ölüm nisbətinə səbəb olan Nipah virusu henipavirusların insanlar üçün yaratdığı böyük təhlükənin nümunələridir.

Kvinslend Universitetindən prosfessor Rhis Parri bu kəşfin henipavirusların daha geniş bir coğrafiyada mövcud ola biləcəyini ortaya qoyduğunu iddia edib.

O, həmçinin bu virusun insanlar üçün təhlükə törətdiyini anlamaq üçün daha çox araşdırmaya ehtiyac olduğunu qeyd edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm