Dünya
Avropa vədinə əməl etməsə, Rusiyaya qarşı sanksiyaya veto qoyacağıq - ORBAN
Macarıstan Avropa Komissiyasının enerji təhlükəsizliyi ilə bağlı vədinə əməl etmədiyi təqdirdə, 6 aydan sonra Rusiyaya qarşı sanksiyaların uzadılması qərarına veto qoyacaq.
Publika.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban açıqlama verib.
“Biz altı aydan bir sanksiyalarla bağlı qərarlar verməliyik. Əgər Avropa Komissiyasının verdiyi zəmanətlər yerinə yetirilməsə, biz nəinki sanksiyaların ləğvi barədə danışmağa başlayacağıq, əksinə onları ləğv edəcəyik”, - deyə o bildirib.
Orban deyib ki, Avropa Komissiyası ilə əldə olunan razılaşmanın əsas bəndi Rusiya təbii qazının Ukrayna üzərindən Avropaya tranzitinin bərpasına dair danışıqlar olub.
Qeyd edək ki, bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa Komissiyasından enerji təhlükəsizliyi zəmanəti aldıqlarını açıqlayıb. O bildirib ki, Avropa Komissiyası Rusiyadan Aİ-yə üzv ölkələrə xammal daşıyan qaz və neft kəmərlərini qorumaq öhdəliyi götürüb, həmçinin Ukraynadan Aİ-yə neft tranzitinin davam etdirilməsinə zəmanət tələb edib.
Roza
-
Dünya16:48
Alimlər heyrətdə: Yadplanetlilər gəlir? - Vanqanın dedikləri həqiqət olur
-
Sosial15:41
Bakıda iş saatları dəyişəcək: bundan sonra... - DETALLAR
-
MDB15:11
Səmaya yeni təhlükə qalxacaq: Rusiya "İskəndər-M"i təkmilləşdirir
-
Cənubi Qafqaz14:35
Paşinyandan Naxçıvanla bağlı təklif: bu rayonlardan keçməklə...
-
Sosial14:14
Ana olacaq tələbələrə bu qədər pul veriləcək: Məqsəd nədir?
-
Hadisə13:50
Ağcabədidə uşağın evə gətirdiyi qumbara partladı: 5 nəfər öldü - YENİLƏNDİ
-
Region13:50
Ermənilər saydığını saysın, gör iqtisadi göstəricilər nə deyir: Moskva DETALLARI AÇDI
-
İdman13:14
Ronaldonun Corcinası yenə gündəm oldu: BU FOTOLARLA