Dünya
Türkiyə aeroportlarında yenilik
Türkiyənin yerli imkanlarla təkmilləşdirdiyi hava nəqliyyatının görüntüləmə proqramı - İnteraktiv Radar Analizi və Data ekranı (İRADE) ölkənin Atatürk və Çukurova aeroportlarında istifadəyə verilib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
Qeyd edilib ki, yeni sistem ilk dəfə ötən ilin noyabr ayında İstanbul və Muğla Dalaman hava limanlarında tətbiq olunub. Türkiyənin Dövlət Hava Meydanları İdarəsi (DHMİ) tərəfindən təkmilləşdirilən yeni sistemin Trabzon, Antalya, Milas-Bodrum və Adnan Menderes aeroportlarında da qurulumu üçün işlərə start verilib və bu ilin ilk yarısında tamamlanması gözlənilir.
Nazir daha az resursla daha effektiv işləyərək, daha sürətli nəticələr verən İRADE-nin ölkənin xaricdən asılılığını azaltdığını və hər gün inkişaf edən, böyüyən aviasiya sənayesi ilə tam inteqrasiyanı təmin etdiyini bildirib.
-
Sağlamlıq18:36
Portağal və naringilərdə elə maddə tapıldı ki...
-
Hadisə16:50
TƏBİB ağır yol qəzasında xəsarət alanların durumunu açıqladı
-
MDB16:00
Həmin ailənin beşinci övladı da öldü - Ana və ata qatildir?
-
Hadisə15:50
Azərbaycanda dördüncü kurs tələbəsi qəfil vəfat etdi - Foto
-
Nida Xəbər 14:50
Azərbaycanda siyasi partiyanın baş katibi vəfat etdi - Foto
-
Hadisə14:40
Xəzərdə zəlzələ oldu
-
ABŞ14:20
ABŞ xəzinədarlığı fırıldaqçılara və terrorçulara ödəniş edib - Mask
-
Sosial11:50
“Keşlə bazarı” belə sökülür - VİDEO