Sosial
AZAL təyyarəsində həlak olanların 40 mərasimi keçirildi - Fotolar
Bu gün 25 dekabr 2024-cü ildə Bakı-Qroznı istiqamətində uçan "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dəhşətli qəzaya uğraması nəticəsində həyatını itirən 38 nəfərin ölümünün 40-cı günüdür.
Publika.az xəbər verir ki, həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyevanın ailə üzvləri, AZAL-ın əməkdaşları və bir sıra rəsmi nümayəndələr onları yad etmək üçün İkinci Fəxri xiyabana gəliblər.
Milli Qəhrəman Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev qəza nəticəsində həlak olan pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninovun ailəsinə başsağlığı verib.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan itkisi və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
(Bizim.Media)
-
Magazin102:42"Əkiz bacım var, o da yaslara gedir"
-
Sosial00:45Əziz Əlibəyli vəzifəsindən ayrıldı
-
Qoroskop00:15Günün ulduz falı - Sevgidə diqqət sizə yönələ bilər
-
İdman10 Mart 23:48“Qalatasaray” azarkeşləri Osimheni belə ağlatdılar - Video
-
MDB10 Mart 23:36Arvadının keçmiş ərini beysbol dəyənəyi ilə vəhşicəsinə döydü
-
Region10 Mart 22:36Bayraktar Paşinyanla nüvə enerjisindən danışdı - Foto
-
Sosial10 Mart 21:24Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
-
MDB10 Mart 20:50Vahid Ələkbərov Rusiyanın ən varlı üçüncü adamı oldu





































