Suriya prezidenti Türkiyəyə gəlir - Tarix açıqlandı
Bizi izləyin

Dünya

Suriya prezidenti Türkiyəyə gəlir - Tarix açıqlandı

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara Türkiyəyə gələcək.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun açıqlama verib.

O bildirib ki, əl-Şara Ankaraya fevralın 4-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə səfər edəcək.

Altun Prezident Kompleksində keçiriləcək danışıqlarda Suriyadakı son hadisələrin müzakirə ediləcəyini qeyd edib:

“Danışıqlarda iqtisadi canlanma, davamlı sabitlik və təhlükəsizlik üçün iki ölkənin atacağı birgə addımlar qiymətləndiriləcək. Həmçinin keçid administrasiyasına və Suriya xalqına verilə biləcək dəstək müzakirə olunacaq. İnanırıq ki, Suriya yenidən azadlığa qovuşduqdan sonra Türkiyə-Suriya münasibətləri Əhməd əl-Şara və onun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri ilə daha da güclənəcək”.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm