İran istənilən təhdidə cavab verməyə hazırdır - Baqeri
Bizi izləyin

Dünya

İran istənilən təhdidə cavab verməyə hazırdır - Baqeri

İran istənilən təhdidə cavab verməyə hazırdır - Baqeri

İran istənilən xarici təhdidə cavab verməyə hazırdır.

Publika.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Mohammad Baqeri deyib.

O, İsrail və ABŞ-ın İran ərazisinə zərbə endirməsi ehtimalına Tehranın münasibətini belə ifadə edib:

"Silahlı Qüvvələr hər zaman olduğundan daha yaxşı vəziyyətdədir və istənilən təhdidə cavab verməyə hazırdır".

Qeyd edək ki, fevralın 4-də Tramp İrana qarşı ABŞ-nin maksimum təzyiqinin bərpası haqqında fərman imzalayıb. Mətbuat Trampın İranın yerin dərinliyində yerləşən nüvə obyektlərini məhv edə biləcək silahları İsrailə verə biləcəyini yazır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm