Dünya
Beş yaşlı uşaqlar hərbi təlim keçir – Şok iddia
Beş yaşına çatmış təxminən 350 uşaq “İslam Dövləti” (İŞİD) terror təşkilatının Rakkadakı hərbi təlim düşərgəsində döyüş hazırlığı keçir.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini Valeri Amos BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.
Baş katibin müavini qeyd edib ki, BMT təlim düşərgələrində silahla davranış qaydalarını öyrənən uşaqların sayının artması tendensiyanı müşahidə edir.
Onun sözlərinə görə, hazırda həddi-buluğa çatmamış 5,6 milyon suriyalının təcili humanitar yardıma ehtiyacı var. “Uşaqlar öldürülür, işgəncələr və seksual zorakılığa məruz qoyurlar", - deyən Amos əlavə edib ki, son vaxtlar uşaqların edamları haqqında məlumatlar tez-tez eşidilməyə başlayıb.
ABŞ dekabrın əvvəlində açıqlayıb ki, koalisiya qüvvələrinin aviazərbələri nəticəsində İŞİD-in hərbi gücü xeyli zəiflədilib. Ancaq Suriya prezidenti Bəşər Əsəd bununla razı deyil və terror qruplaşmasının ötən müddət ərzində daha da gücləndiyini iddia edir.
Ömər Dağlı
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?