Şimali Koreya “səs-küy hücumu”nu dayandırdı
Bizi izləyin

Dünya

Şimali Koreya “səs-küy hücumu”nu dayandırdı

Şimali Koreya Cənubi Koreyanın təbliğat yayımlarını dayandırmasına cavab olaraq Cənubi Koreya ilə sərhədində səs-küy yayımlarını dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə Koreya Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

"Bu gün, iyunun 12-də Şimali Koreyadan Cənuba səs-küy ötürülməsi heç bir ərazidə qeydə alınmayıb", - hesabatda qeyd edilir.

Hərbçilərin dəqiqləşdirdiyi kimi, KXDR-dən qeydə alınan sonuncu yayım çərşənbə günü, iyunun 11-i axşam saatlarında həyata keçirilib.

İyunun əvvəlində Li Çje Myon KXDR ilə dialoq yolu ilə Koreya yarımadasında sülhə nail olacağına söz vermişdi. Onun fikrincə, ən yaxşı strategiya “müharibəsiz qələbə”dir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm