Sosial
Bu məktəbdə dərslər dayandırıldı
2024-2025-ci tədris ilində Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin Salyan rayonu Ataxan Sadıqov adına Aşağı Noxudlu kənd tam orta ümumtəhsil məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı rəyi nəzərə alınaraq məktəbin şagirdləri və işçilərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədris prosesi müvəqqəti dayandırılıb.
Publika.az xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən tədris prosesi 2–3 km məsafədə yerləşən Yuxarı Noxudlu kənd tam orta ümumtəhsil məktəbində davam etdirilib, şagirdlərin müvafiq nəqliyyat vasitələri ilə daşınması təmin edilib.
2025-ci il dekabrın 26-da Yuxarı Noxudlu kənd tam orta ümumtəhsil məktəbində dərs saatları başa çatdıqdan sonra binanın bəzi sinif otaqlarında tavanın suvaq qatının yerə tökülməsi halları qeydə alınıb. Hadisə ilə bağlı Regional Təhsil İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin məsul əməkdaşları tərəfindən məktəb binasına baxış keçirilib və tədris prosesinin davam etdirilməsinin təhlükəli olduğu bildirilib.
Şagirdlərin və məktəb kollektivinin təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda tədris prosesinin fasiləsizləsizliyinin təmin edilməsi məqsədilə hər iki məktəbin şagirdlərinin Azər Əliyev adına Aşağı Kürkənd kənd tam orta ümumtəhsil məktəbində təhsil alması, onların daşınmasının isə müvafiq nəqliyyat vasitələri ilə həyata keçirilməsi nəzərdə tutulub.
Eyni zamanda bildirilib ki, 2026-cı ildə Aşağı Noxudlu kənd tam orta ümumtəhsil məktəbi üçün yeni məktəb binasının tikintisi ilə bağlı qərar qəbul edilib. Paralel olaraq Yuxarı Noxudlu kənd tam orta ümumtəhsil məktəbinin binasının əsaslı təmir olunması nəzərdə tutulub. (Azərbaycan müəllimi)
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
















.jpg)


















