Dünya
Kuba Amerika agentini beş ildən sonra azad etdi
Kuba hakimiyyəti ABŞ vətəndaşı Alan Qrossu beş illik həbsdən sonra azad edib.
Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Amerikanın ABC telekanalı xəbər verib.
A.Qross artıq vətəninə yola düşüb. ABŞ vətəndaşı Kubada 2009-cu ildə həbs edilib. Kubanın müstəqilliyi və ərazi bütövlüyünə qarşı hərəkətlərdə ittiham olunan Qross 2011-ci ildə 15 il azadlıqdan məhrum edilmişdi. Dövlət ittihamçısı isə ABŞ vətəndaşının 20 il azadlıqdan mərhum edilməsini xahiş edirdi.
Rəsmi ittihama görə, Qross Kubadakı yəhudi icmasına müasir elektron avadanlıqlarını çatdırıb. Onun sözlərinə görə, avadanlıqlardan ölkədə internet şəbəkəsinin genişləndirilməsi üçün istifadəsi nəzərdə tutulurdu. Kuba hesab edib ki, Qross avadanlıqlardan casusluq fəaliyyətində istifadə etməyi planlaşdırırdı.
ABŞ uzun müddət idi ki, Qrossun azad edilməsi üçün Kuba hakimiyyəti ilə danışıqlar aparırdı.
Ömər Dağlı
-
Region23:58
Putinlə Paşinyanın görüşü başladı
-
Hadisə23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım