Klinton Konqresin qadağalarına məhəl qoymur
Bizi izləyin

Dünya

Klinton Konqresin qadağalarına məhəl qoymur

Publika.Az Türkiyə mətbuatına əsasən xəbər verir ki, ABŞ konqresmenlərinin həmin vaxt atdığı addım Misirin demokratikləşmə istiqamətində verdiyi vədləri yerinə yetirməməsi ilə bağlı olub.


Lakin ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland son açıqlamasında bildirib ki, dövlət katibi Hillari Klinton Amerikanın milli təhlükəsizlik maraqları çərçivəsində Misirə hərbi yardımı məhdudlaşdıran şərtləri aradan qaldırıb.

Bu məsələ ilə bağlı ABŞ dövlət katibi Konqresə rəsmi bildiriş göndərib.

"Bu qərar ABŞ-ın demokratiyaya istiqamətlənən uğurlu dəyişikliklərlə daha da sabit və güclü olan Misirlə tərəfdaşlıq məqsədimizi ifadə edir. Sonn 15 ayda parlament seçkiləri və yaxınlaşan prezident seçkiləri ilə bağlı Misirdə önəmli irəliləyişlər olub, amma bu ölkədə demoratikləşmə prosesi hələ başa çatmayıb", - deyə Nuland vurğulayıb.

Bu açıqlama isə bir çox konqresmen tərəfindən qınaqla qarşılanıb və Klintonun addımı insan hüquqlarına zidd addım kimi dəyərləndirilib.

Rüfət Əhmədzadə
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm