Dünya
Bu gün böyük fəlakət baş verəcək - Yapon kahindən QORXULU PROQNOZ
Yaponiyada görücü Ryo Tatsukinin kəhanətləri ətrafında müzakirələr yenidən qızışıb.
Publika.az xəbər verir ki, bu barədə "5TV" məlumat yayıb.
Onun davamçılarının iddiasına görə, Tatsuki dəfələrlə fəlakətli hadisələrlə bağlı əvvəlcədən proqnoz verib.
1999-cu ildəki proqnozu xüsusilə diqqət çəkib - Ryo Tatsuki iddia edib ki, 2025-ci il iyulun 5-də Yaponiyadan Filippinlərə qədər olan akvatoriyada güclü zəlzələ və sunami baş verəcək.
Tatsuki öz qeydlərində “qaynayan okean” və “rombşəkilli ölüm zonası”nın formalaşmasını təsvir edib. Bu apokaliptik görüntülər, elmi cəmiyyətin skeptik münasibətinə baxmayaraq, artıq əhali arasında narahatlıq yaradıb. Bəzi turizm şirkətləri Yaponiyaya planlaşdırılan səfərlərin sayında ciddi azalma olduğunu bildirirlər.
Seysmoloqlar xatırladır: “Təbii fəlakətlərə qarşı real müdafiə seysmik davamlı infrastruktur və effektiv xəbərdarlıq sistemləridir, mistik kəhanətlər deyil”
Tatsuki isə, özünün təcrid olunmuş həyat tərzi ilə tanınan bir şəxs olaraq, yuxularına metaforik yanaşılmasını, onların sözün əsl mənasında qəbul edilməməsini tövsiyə edib
Hüseyn İbadlı
-
Magazin106:16“Bu şəkli görəndə göz yaşlarıma hakim ola bilmədim” - FOTO
-
Elm və təhsil01:41Hansı məktəblər distant təhsilə keçəcək? - VİDEO
-
Magazin201:11Kibariyənin ayağı sosial mediada gündəm oldu - FOTO
-
ABŞ00:45İran "Starlink" avadanlıqlarının böyük partiyasını ƏLƏ KEÇİRDİ - İDDİA
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ay qoçun odlu səmasına doğru irəliləyir
-
Magazin213 Yanvar 23:24Məşhur aktyor 83 yaşında vəfat edi - Ailəsi bir neçə həftə sonra...
-
Magazin113 Yanvar 22:36Xalq artisti qızı ilə fotolarını paylaşıb görün nə yazdı
-
İKT13 Yanvar 21:36Uşaqların sosial mediadan istifadəsinə QADAĞA QOYULUR? - Baş nazir narahatdır

































