Dünya
Uşaq həkimindən dəhşətli əməl: Körpəni pul qarşılığında aldı və...

Türkiyənin Aydın vilayətinin Kuşadası rayonunda övlad sahibi ola bilməyən uşaq həkimi yeni doğmuş körpəni pul qarşılığında anasından alaraq evinə aparıb.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Kuşadası Dövlət Xəstəxanasında baş verib.
Məlumata görə, sözügedən həkim 9 günlük körpəni evdə qucağından düşürdükdən sonra müalicə üçün onu başqasının övladı kimi xəstəxanaya qaytarmağa çalışıb. Lakin tibb bacılarından biri körpənin üz və baş nahiyəsində əzik əlamətləri görüb və məsələni xəstəxana rəhbərliyinə çatdırıb. Hadisə prokurorluğa bildirilib və cinayət işi başlanıb.
Şebnem E. adlı həkim prokurorluqda əməlini etiraf edib. Vəzifəsindən uzaqlaşdırılan həkim barəsində “insan alveri” və “ehtiyatsızlıqdan xəsarət yetirmə” maddələri ilə cinayət işi açılıb.
Roza

-
Dünya17:10
Rusiya 2 ay ərzində bu ölkəyə hücum edəcək - Şok iddia
-
Nida Xəbər 16:16
İrəvana gedən Murad Muradov ermənilərə dedi: Sülh prosesini başa çatdırmaq üçün...
-
Sosial16:03
Bakıya giriş pullu olacaq - Bu tarixdən etibarən..../VİDEO
-
Dünya16:00
Ərdoğan dünya mediasının gündəmində: Türkiyə mövqeyini möhkəmləndirir
-
Sosial15:00
Pensiya alanlara şad xəbər!
-
Nida Xəbər 13:16
Simonyanın Bakıya səfəri zamanı hansısa razılıq əldə olunub?
-
İqtisadi gündəm11:27
2600 manat müavinət kimlərə ödəniləcək?
-
Dünya09:54
İngiltərədən Rusiya və Çinə gözlənilməz hədiyyə: Sensasion hesabat