Ərdoğan dünya mediasının gündəmində: Türkiyə mövqeyini möhkəmləndirir
Bizi izləyin

Dünya

Ərdoğan dünya mediasının gündəmində: Türkiyə mövqeyini möhkəmləndirir

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 80-ci sessiyasına qatılmaq və müxtəlif görüşlər keçirmək məqsədilə ABŞ-a səfər edib. Onun Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşü planlaşdırılır.

Publika.az xəbər verir ki, İsrailin “Jerusalem Post” qəzetinin yazdığına görə, Ərdoğanın ABŞ-a səfəri Ankara-Vaşinqton münasibətlərində kritik dönüş nöqtəsidir.

Ərdoğanın xüsusilə F-16 və F-35 döyüş təyyarələrinin alınması kimi böyük razılaşmalara diqqət yetirəcəyi bildirilib. Həmçinin, onun regional siyasətləri yüksəltmək üçün İsrail və Qəzzaya diplomatik təsir imkanlarından istifadə edəcəyi də vurğulanıb.

Yunanıstan mediası “Pentapostagma” da Ərdoğanın ABŞ-a səfəri zamanı F-35 proqramına yenidən qoşulmağı və ABŞ-dan təbii qaz tədarükünü təmin etməyi prioritet saydığını yazıb. Qeyd edilib ki, Türkiyə Liviya ilə iqtisadi əməkdaşlığı gücləndirib və regional layihələrdə ardıcıl rol oynayıb. Ərdoğanın enerji sektorunda atdığı addımlar isə ABŞ və regional aktorların gözündə onun strateji mövqeyini gücləndirmək məqsədi daşıyır.

Fransa mediası “France24” isə Ərdoğanın Trampla görüşünün hər iki tərəf üçün strateji və kommersiya fürsəti olduğunu bildirib. Ərdoğanın ABŞ-la müdafiə sənayesi və ticarət razılaşmalarını gücləndirməyi hədəflədiyi vurğulanıb. Qeyd olunub ki, Ərdoğan Qəzza və Fələstin problemlərini gündəmə gətirməklə Türkiyənin beynəlxalq aləmdəki lider rolunu bir daha vurğulayacaq.

ABŞ mediası “Bloomberg” isə Ərdoğanın ABŞ-a səfəri zamanı həm Türkiyənin müdafiə sənayesində müstəqilliyini, həm də regional gücünü artıracağını vurğulayıb. Bundan başqa, Türkiyənin ABŞ-da strateji addımlarla müdafiə və ticarət sektorlarında güclü aktor kimi ortaya çıxdığı da bildirilib.

Qeyd edək ki, Ərdoğan sentyabrın 23-də Nyu-Yorkda hər il dünya liderlərini bir araya toplayan BMT Baş Assambleyasında çıxış edəcək. O, ABŞ-da Nyu-York proqramını başa vurduqdan sonra Vaşinqtona gedərək 25 sentyabrda Donald Trampla görüşəcək.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm