Dünya
Əfqanıstanda dəhşətli zəlzələ: Ölənlərin sayı artdı - YENİLƏNDİ/VİDEO

Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 800-ə çatıb, 2500 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsi Zəbihullah Mücahid mətbuat konfransında bildirib.
xxx
Əfqanıstanda zəlzələ nəticəsində 622 nəfər həlak olub, 1 500-dən çox insan yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.
xxx
Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 500-ə çatıb, 1000-ə yaxın insan isə yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə RTA telekanalı məlumat yayıb.
xxx
Əfqanıstanda baş vermiş zəlzələ nəticəsində 250 nəfər həlak olub, 500-dən çox insan yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə NBC-i yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Son məlumata görə, zəlzələnin gücü 6.0 bal olub və hadisə gecə saatlarında Pakistan sərhədinə yaxın, Cəlalabad şəhərindən 17 mil məsafədə baş verib.
Əfqanıstan Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib ki, zəlzələ uzaq dağlıq ərazidə baş verdiyindən dəqiq məlumatların toplanması üçün mütəxəssislərə vaxt lazımdır.
“Zərərçəkmiş bölgələrdə insanlara yardım göstərmək üçün genişmiqyaslı xilasetmə əməliyyatına başlamışıq və yüzlərlə insanı səfərbər etmişik,” - deyə o qeyd edib.
xxx
08:00
Əfqanıstanın Hindquş dağları bölgəsində avqustun 31-də baş vermiş zəlzələ nəticəsində 200-dən çox insan ölüb.
Publika.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Xinhua" agentliyi məlumat yayıb.
Məlumata görə, Cəlalabad şəhərində yaşayış binasının dam örtüyünün uçması nəticəsində iki uşaq ölüb.
03:43
Əfqanıstanda 6 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ Əsədabad şəhərindən 34 km cənub-qərbdə baş verib.
Zəlzələ ocağı Yerin 10 km dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Hüseyn İbadlı
-
Qoroskop02:19
Günün ulduz falı: intuisiyanız pik nöqtədədir...
-
Avropa01:40
Fransada yeni hökumət quruldu
-
Magazin112 Oktyabr 22:44
Namiq ilk dəfə xanımı ilə şəklini paylaşdı, üzünü gizlətdi
-
Ekologiya12 Oktyabr 20:32
Günəşdə güclü partlayışlar olacaq
-
İdman12 Oktyabr 20:20
Messi MLS tarixində bunu bacaran ilk futbolçu oldu
-
Ekopublika.az12 Oktyabr 19:19
Trampın nə qədər "Bitcoin"i var? - "Forbes" açıqladı
-
Ekologiya12 Oktyabr 18:29
Əhaliyə xəbərdarlıq: oktyabrın 13-də...
-
Sağlamlıq12 Oktyabr 17:05
Alimlərdən bioloji qocalma ilə bağlı mühüm kəşf