İdman
Ralli zamanı faciə: Avtomobil aşdı, sürücü yanaraq can verdi – FOTO

Polşada ralli zamanı faciə baş verdi (Rajd Nyski).
Publika.az xəbər verir ki, yarış bazar günü, oktyabrın 12-də baş tutub. “Starı Las” xüsusi mərhələsində BMW markalı avtomobil sürüşərək yoldan çıxaraq ağaca çırpılıb və alovlanıb.
Yerli polisin məlumatına görə, ətrafdakıların yardım göstərmək cəhdlərinə baxmayaraq, 40 yaşlı sürücü hadisə yerində ölüb. Onun köməkçi sürücüsü sağ qalıb və yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.
TVN24-ün məlumatına görə, yanğınsöndürmə idarəsinin nümayəndəsi bildirib ki, xilasedicilər gələn zaman avtomobil artıq tamamilə alovlara bürünübmüş. Təşkilatçılar yarışın ləğv edildiyini elan edərək, qərarın həlak olanlara və onların ailələrinə hörmətlə verildiyini vurğulayıb. Onlar mərhumun ailəsinə başsağlığı verib, digər sürücünün tezliklə sağalmasını arzulayıblar.

-
Qoroskop02:19
Günün ulduz falı: intuisiyanız pik nöqtədədir...
-
Avropa01:40
Fransada yeni hökumət quruldu
-
Magazin112 Oktyabr 22:44
Namiq ilk dəfə xanımı ilə şəklini paylaşdı, üzünü gizlətdi
-
Ekologiya12 Oktyabr 20:32
Günəşdə güclü partlayışlar olacaq
-
İdman12 Oktyabr 20:20
Messi MLS tarixində bunu bacaran ilk futbolçu oldu
-
Ekopublika.az12 Oktyabr 19:19
Trampın nə qədər "Bitcoin"i var? - "Forbes" açıqladı
-
Ekologiya12 Oktyabr 18:29
Əhaliyə xəbərdarlıq: oktyabrın 13-də...
-
Sağlamlıq12 Oktyabr 17:05
Alimlərdən bioloji qocalma ilə bağlı mühüm kəşf