İdman
Messi MLS tarixində bunu bacaran ilk futbolçu oldu

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-də tarixi rekorda imza atıb.
Publika.az xəbər verir ki, 38 yaşlı argentinalı əfsanə liqa tarixində ardıcıl 9 çempionat oyununda fərqlənən ilk futbolçu olub. Bu barədə çempionatın rəsmi saytı məlumat yayıb.
“Atlanta”ya qarşı keçirilən oyunda Messi dubl edib və komandasına 4:0 hesablı inamlı qələbə qazandırıb.
Argentina futbolçusu 26 qolla MLS-in bombardirlər cədvəlinə başçılıq edir və “Los-Anceles”in qabonlu yarımmüdafiəçisi Deni Buanqadan 2 top (24 qol) irəlidədir.
“İnter Mayami” Şərq Konfransının turnir cədvəlində 62 xalla üçüncü pillədə qərarlaşıb. Komandanın müntəzəm mövsümdə keçirməli olduğu bir oyun qalıb.
-
Magazin122:44
Namiq ilk dəfə xanımı ilə şəklini paylaşdı, üzünü gizlətdi
-
Hadisə22:30
Göyçayda obyekt YANIR
-
Ekologiya20:32
Günəşdə güclü partlayışlar olacaq
-
İdman20:20
Messi MLS tarixində bunu bacaran ilk futbolçu oldu
-
Ekopublika.az19:19
Trampın nə qədər "Bitcoin"i var? - "Forbes" açıqladı
-
Ekologiya18:29
Əhaliyə xəbərdarlıq: oktyabrın 13-də...
-
Sağlamlıq17:05
Alimlərdən bioloji qocalma ilə bağlı mühüm kəşf
-
MDB16:06
Əfsanəvi nüvə silahı konstruktoru 93 yaşında vəfat etdi