“Barsa”nın ulduzu: Messidən çox Neymarı izləməkdən həzz alırdım
Bizi izləyin

İdman

“Barsa”nın ulduzu: Messidən çox Neymarı izləməkdən həzz alırdım

“Barselona”nın vingeri Rafinya “blauqrana”nın Çempionlar Liqasını qazandığı 2014/2015 mövsümündə komandanın ən yaxşı oyunçusunun kim olduğu haqda fikrini bildirib.

Publika.az xəbər verir ki, “Barca Universal” “X” sosial media hesabında Rafinyanın sözlərini sitat gətirib:

“Mən Messidən çox Neymarı izləməkdən həzz alırdım. Çempionlar Liqasını qazandığımız zaman Neymar ən yaxşı oyunçu idi, lakin Messi haqqında danışmaq çətindir, çünki o, tarixin ən yaxşısıdır… Məşqdə kiminsə Neymarın etdiyini görməmişəm, hətta Messi belə”.

Çempionlar Liqasında qələbə qazandıqları ildə braziliyalı hücumçu bütün yarışlarda klubun heyətində 51 matçda 39 qol vurub və 10 məhsuldar ötürmə edib. Argentinalı 57 matçda 58 qol vurub və 31 məhsuldar ötürmə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm