Dünya
ABŞ kəşfiyyatçısından İsrailə Türkiyə xəbərdarlığı: Bu, sonunuz ola bilər

Keçmiş ABŞ kəşfiyyatçısı Skott Ritter qatıldığı “YouTube” proqramında İsrail-Türkiyə münasibətləri və Suriyadakı vəziyyətlə bağlı mühüm qiymətləndirmələr edib.
Publika.az xəbər verir ki, Ritter qeyd edib ki, bu gün İsrailin üzləşdiyi ən kritik risk Türkiyə ilə potensial münaqişədir.
Onun sözlərinə görə, sözügedən münaqişə İsrail üçün hətta İranla qarşıdurmadan daha böyük risk daşıyır.
Ritter vurğulayıb ki, İsrailin Türkiyə qüvvələri ilə coğrafi məsafə yaratmaq üçün Suriyada hərbisizləşdirilmiş zona yaratmaq israrının əsasında bu risk dayanır: “Türkiyə qüvvələri bir qədər cənuba doğru irəliləsə, İsrail və Türkiyə arasında hərbi münaqişə potensialı reallığa çevriləcək.
Türkiyə kənarda dayanıb İsrailin öz qaynaqlarını bombalamasına icazə verəcək bir ölkə deyil. Bu, İsrail üçün yaxşı nəticə verməyən böyük bir qarşıdurmaya səbəb olacaq. Hər şeydən əvvəl Türkiyə NATO üzvüdür. Bu, hər şeyi dəyişir. Türkiyənin İsraili fiziki olaraq məhv etmək gücü var".
Ritter son olaraq vurğulayıb ki, artıq İsrail daxilində də bu risklə bağlı fikirlər səslənir.
Roza

-
İdman17:40
"Fənərbağça"nın ulduzu bu gözəllə münasibətini təsdiqlədi - FOTOLAR
-
Sosial17:18
Mehriban Əliyevadan Cabir İmanovla bağlı paylaşım
-
Sosial17:08
Əhaliyə xəbərdarlıq: Növbəti üç gündə...
-
Sosial16:25
Gedişhaqqının artırıldığı marşrutların - SİYAHISI
-
Sosial16:00
Cabir İmanov məşq zamanı vəfat etməyib - Şahid danışdı
-
Sosial15:00
Cabir İmanovun ölümü anbaan lentə alınıb: Hadisə belə baş verib
-
Hadisə14:22
Cabir İmanov vəfat etdi - VİDEO
-
Sosial13:40
Əli Əsədov qərar imzaladı