Avropa
Rusiyaya birlikdə cavab verilməlidir! - Almaniya XİN rəhbəri
“Rusiya bizim qətiyyətimizi sınamaq, qarışıqlıq yaratmaq istəyir. Bu, təhlükəlidir və buna birlikdə aydın cavab verilməlidir”.
Publika.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Varşavada Polşa, Fransa və Ukraynadan olan həmkarları ilə görüşündə deyib.
O, NATO ölkələrinə qarşı hibrid hücum dalğasının müşahidə olunduğunu, Polşa, Estoniya, Rumıniya və Danimarkada dron hadisələrinin qeydə alındığını xatırladıb. Vadeful bütün bu fəaliyyətlərin təsadüfi olmadığını vurğulayıb.
Onun sözlərinə görə, Rusiyanın hədəfi Avropnın hava məkanları, kritik infrastrukturdur.
Almaniya XİN rəhbəri Avropa İttifaqı ilə NATO arasında əməkdaşlığın, eləcə də belə hücumların dəf olunması üçün imkanların inkişaf etdirilməsinin, daha çevik reaksiya verilməsinin və sistemlərin daha sıx əlaqələndirilməsinin vacibliyini vurğulayıb.
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq




















.jpg)


.jpg)












