ABŞ-ın bu addımı Moskvanı şoka saldı: Onları Rusiyaya kim atacaq?
Bizi izləyin

Dünya

ABŞ-ın bu addımı Moskvanı şoka saldı: Onları Rusiyaya kim atacaq?

ABŞ administrasiyası Rusiyaya qarşı istifadə üçün Ukraynaya 2500 km mənzilli “Tomaqavk” qanadlı raketləri verə bilər.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens məlumat verib.

"Donald Tramp Putinə görə məyusdur. Avqust ayında Alyaskada keçirilən Tramp-Putin sammitində Rusiya müharibəni sona çatdırmaq və Ukraynaya “iştah”ını azaltmaq üçün konstruktiv olacağına söz vermişdi. Lakin Alyaskadan sonrakı dövr Putinin Rusiyaya verdiyi sözə əməl etmək niyyətində olmadığını göstərdi. Ukraynaya hava hücumlarını gücləndirdi. Buna görə də ABŞ müdafiə üçün Kiyev administrasiyasına “Tomaqavk” raketləri verməyi ciddi şəkildə nəzərdən keçirir”, - Vens bildirib.

O, həmçinin bəyan edib ki, Rusiya təkcə müharibəni gücləndirməyib, həm də diplomatik prosesi dayandırıb.

Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın “Tomaqavk” raket sistemi ilə bağlı açıqlamasına reaksiya verib: “ABŞ rəhbərliyinin bu açıqlamalarını yaxından izləyirik. Bizim üçün maraqlı olan, onları kimin Rusiyaya qarşı atacağıdır. Ukrayna qoşunları, yoxsa Amerika personalı? Bu aydınlaşdıqdan sonra biz lazımi cavabı verməyə hazır olacağıq. Rusiyanın Ukrayna münaqişəsinin diplomatik yolla həllindən uzaqlaşdığına dair bəyanatlarına gəlincə, Putinin Alyaska sammiti zamanı Trampa etdiyi Moskva dəvəti var. Bu dəvət hələ də qüvvədədir”.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm