Dünya
Bu ölkə qarışdı: Etirazçılar prezidentin kortejinə hücum etdilər

Ekvadorda yanacaq qiymətləri ilə bağlı etirazlar zamanı etirazçılar prezident Daniel Noboanın kortejinə hücum ediblər.
Publika.az xəbər verir ki, bu barədə CNN rəsmilərə istinadən məlumat yayıb.
Hücum sentyabrın 28-i axşam saatlarında İmbabura vilayətinin girişində baş verib. Xarici diplomatlar humanitar yardım çatdırmaq üçün Ekvador prezidenti ilə birlikdə oraya gedirdilər.
Təxminən 350 nəfər dövlət başçısının kortejinə hücum edib. Etirazçılar ona fişənglər, molotov kokteyli və daş atıblar. Maşınları qoruyan 50-yə yaxın əsgər hücumu dəf etməyə çalışıb.
Ekvador prezident administrasiyası bildirib ki, konvoyda yüksək səviyyəli rəsmilər, o cümlədən Vatikan diplomatı Andres Karraskosa, Avropa İttifaqının səfiri Yekaterina Dorodnova və İtaliya səfiri Covanni Davoli də olub.
İtaliyanın Ekvadordakı səfirliyi, səfirin xəsarət almadığını bildirib.
Telekanalın məlumatına görə, ölkədə səkkiz gündür iğtişaşlar davam edir. Hökumətin dövlət xərclərini azaltmaq, yanacaq qaçaqmalçılığı ilə mübarizə aparmaq və sosial proqramlar üçün vəsaiti boşaltmaq məqsədilə yanacaq subsidiyalarını dayandıracağını elan etdikdən sonra nümayişçilər küçələrə çıxıb.
Tural
-
Sosial12:03
Metroda gedişhaqqı məsələsi parlamentdə müzakirə olundu
-
Ekologiya11:20
Təhlükəli "üzük"lər, hanniballar və... - Qədim gölün SİRR DÜNYASI
-
Qoroskop10:20
Pula pul deməyəcəklər: Bu bürclər oktyabr ayında zəngin olacaqlar
-
Köşə09:20
İzlədim: Cabir Ölümü əsalətlə ifa etdi, möhtəşəm idi...
-
Dünya09:13
Ruslar ABŞ-ın da zayını çıxarıblar: Gəldilər, özləri ilə söyüş gətirdilər
-
Ekologiya09:00
FHN-dən əhaliyə hava ilə bağlı xəbərdarlıq
-
Magazin206:46
Məşhur müğənni və qızı koronavirusa yoluxdu
-
İdman04:30
Messi Yamala səs verib, Ronaldo isə…