Dünya
Tarixin ən böyük kripto fırıldaqçılığı: “Sərvət ilahəsi” əməlini etiraf etdi - FOTO

Böyük Britaniyada tarixin ən böyük kripto fırıldaqçılıqlarından biri baş verib.
Publika.az “BBC”-ə istinadla xəbər verir ki, “sərvət ilahəsi” kimi tanınan Çin vətəndaşı Zhimin Qian Londondakı "Southwark Crown" məhkəməsində əməlini etiraf edib.
İstintaqa görə, Qian 2014-2017-ci illərdə Çində 128 mindən çox insanı aldadaraq topladığı pulları bitkoinlərində gizlədib. Onun ümumilikdə 6,7 milyard dollar dəyərində 61 min bitkoini müsadirə olunub.
47 yaşlı Qianın saxta sənədlərlə Çindən qaçdığı, Böyük Britaniyaya daxil olaraq mülk alıb oğurlanmış pulları yumağa çalışdığı müəyyən edilib. Sxemi əsasən 50-75 yaş arası investorları hədəf alıb və onlara gündəlik dividendlər və qazanc zəmanəti vəd edib.
Polis istintaqın davam etdiyini və qurbanların pullarının bir hissəsinin Çində yaradılmış təzminat proqramı vasitəsilə geri qaytarılmağa başladığını bildirir.
Zhimin Qian barəsində hökm çıxarılana qədər həbsdə qalacaq.
Roza

-
Avropa17:46
Bu ölkə Rusiya qazından tamamilə imtina edəcək
-
Sosial17:05
Milli Məclis bəyanat qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:53
Prezident onlara yüksək rütbə verdi
-
Sosial16:40
Nazir qalmaqallı prorektoru işdən çıxardı
-
Sosial15:58
Cabir İmanov dəfn edildi
-
Dünya15:36
Sarışın qatillər: Kişilərdən daha amansızdırlar, bir qətl üçün...
-
İdman14:19
Qurban Qurbanov: Bu elə bir oyundur ki...
-
İdman13:37
Rövşən Nəcəf Ayxan Abbasovla niyə görüşüb? - AFFA-da müəmmalı vəziyyət