Mbappe "Kayrat"a qarşı oynamayacaq?
Bizi izləyin

İdman

Mbappe "Kayrat"a qarşı oynamayacaq?

"Real"ın hücumçusu Kilian Mbappe Çempionlar Liqasının "Kayrat"a qarşı oyununda start heyətdə meydana çıxmayacaq.

Publika.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Madridlilərin məşqçilər korpusu fransız forvarda istirahət verməyi qərara alıb və o, ehtiyat oyunçular skamyasında qalacaq.

Xatırladaq ki, bu gün ÇL-in 2-ci turunda "Kayrat" "Real"ı qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Çempionlar Liqasının ilk turunda "Real" "Marsel"i 2:1 hesabı ilə məğlub edib, "Kayrat" isə "Sportinq"ə 1:4 hesabı ilə uduzub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm