Bu ölkədə Ukrayna hərbçiləri üçün təlim mərkəzi açıldı
Bizi izləyin

Dünya

Bu ölkədə Ukrayna hərbçiləri üçün təlim mərkəzi açıldı

Polşada Ukrayna hərbçiləri üçün ən böyük təlim mərkəzi (Camp Jomsborg) açılıb.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“Avropalı tərəfdaşların, xüsusilə də Norveçin dəstəyi ilə yaradılan təlim mərkəzi Müdafiə Qüvvələri üçün mühüm hazırlıq bazası olacaq. Burada Ukrayna Silahlı Qüvvələri ilə NATO arasında döyüş təcrübəsi mübadiləsi gücləndiriləcək. Eyni zamanda, tərəfdaşlarla pilotsuz uçuş aparatlarının istifadəsi və onlara qarşı mübarizə sahəsində əldə olunan təcrübələr paylaşılacaq”, - deyə açılış mərasimində Ukrayna nümayəndə heyətinə rəhbərlik edən müdafiə nazirinin müavini, general-leytenant Yevqeni Moysiuk bildirib.

Qeyd edək ki, tədris mərkəzinin yaradılması haqqında qərar 2025-ci ilin may ayında qəbul edilib, açılışı isə oktyabrın 1-də baş tutub. Mərkəz Polşa quru qoşunlarının poliqonunda yerləşir.

Məlumata görə, artıq burada 250 norveçli təlimçi fəaliyyət göstərir. Tezliklə Estoniya və digər NATO ölkələrindən olan qoşunların da onlara qoşulacağı gözlənilir

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm