Magazin1
"Paylaşımıma qeyri-etik sözlər yazdılar"
"Hər zaman deyirəm ki, bildirdiyimiz fikirlər bəzən olduğu kimi qarşılanmır. Heç bir vəziyyət göründüyü kimi olmur. Hansısa fikrin birmənalı qarşılanması üçün gərək 1 saat danışasan ki, qarşındakına nədən bəhs etdiyin aydın olsun".
Publika.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "Qonaqcanlı" verilişində deyib. Sənətçi bu məsələdə həyat yoldaşının ona verdiyi məsləhətdən də danışıb:
"Efirdə bir cümlə deyirəm, sonra özüm də baxıram ki, fikrim bir az başqa cür çıxıb. Əslində isə heç belə demək istəmirsən. Bu yaxınlarda da nəsə paylaşmışdım. Mənə o qədər qeyri-etik və haqsız sözlər yazdılar ki... Həyat yoldaşım Fəxrəddinə zəng etdim. Soruşdum, səncə, necə cümlə işlətməliyəm ki, əslidə belə olmadığını anlasınlar. Dedi ki, heç kimə nəyisə sübut etməyə çalışma. Buna ömrünü sərf etmə, əsəbiləşmə. Sözünü demisən və səni tanıyan insanlar bilir ki, necə insansan".
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
































