Dünya
Putin, Obama, Ərdoğan... MƏNFİ QƏHRƏMANLAR
İsrail mətbuatı ilin müsbət və mənfi qəhrəmanları mövzusunda oxucular arasında sorğu keçirib.
Publika.az-ın məlumatına görə, sorğu 1 həftə ərzində davam edib. 22-28 dekabr tarixi aralığındakı səsvermədə 2.877 oxucu iştirak edib.
Müsbət qəhrəmanlar
Bu nominasiyada ilk yeri Krımın Rusiya tərəfindən işğal edilməsinə açıq etiraz edən musiqiçi Andrey Makareviç tutub. Ona oxucuların 33,6 faizi səs verib.
İkinci yeri 28,5 faizlə Misir prezidenti, Sinay adasında islamçılarla mübarizə aparan Əbdül-Fəttah Xəlil Əs-Sisi qazanıb.
Üçüncü yerə isə dünyanın ən nüfuzlu qadın siyasətçisi, Almaniya kansleri Angela Merkel layiq görülüb.
Dünya üzrə mənfi qəhrəmanlar
Bu nominasiyada ilk yeri Rusiya prezidenti Vladimir Putin tutub. Krımın işğalına görə 39,5 faiz səsi oxucular ona veriblər.
Yaxın Şərqi “demokratikləşdirmək” istəyən Barak Obama ikinci yerin sahibidir.
Yəhudilər bu nominasiyada 3-cü yerə “HƏMAS”a dəstək verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı layiq görüblər.
İsraildə ilin qəhrəmanı
İsrail lehinə casusluq edən və ABŞ-da ömürlük həbs cəzası alan Conatan Pollard birinci yeri tutub. Bu şəxs həbs edilənə kimi ABŞ Hərbi Dəniz Qüvvələrində analitik kimi çalışıb.
Bu ilin payızında həyatına sui-qəsd edilən ravvin Yequda Qlik ikinci yeri qazanıb.
Knessetin ilk rusdilli spikeri kimi tarixə düşmüş Yuliy Edelşteyn 3-cü yeri qazanıb.
İsraildə ilin mənfi qəhrəmanı
BALAD partiyasından olan deputat Xanin Zuabi 3 yəhudi yeniyetməni öldürənlərin terrorçu olmadığını deməklə böyük narazılıq doğurub. Yəhudilər bu nominasıyada ona birincilik veriblər.
İsrailin həbs edilmiş keçmiş baş naziri Exud Olmert ikinci yerə layiq bilinib.
İsrailin dövlət simvollarını təhqir edən aktrisa Natali Koen-Vaksberq bu nominasiyada üçüncü olub.
İlqar
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu