Qarşıdurmaya son qoyuldu: Suriya onlarla atəşkəsə razılaşdı
Bizi izləyin

Dünya

Qarşıdurmaya son qoyuldu: Suriya onlarla atəşkəsə razılaşdı

Hələbdə Suriya Demokratik Qüvvələrinin (SDQ) adından çıxış edən PKK/YPG terror təşkilatı ilə Suriya təhlükəsizlik qüvvələri arasında baş verən şiddətli toqquşmalardan sonra atəşkəs razılaşması əldə edilib.

Publika.az xəbər verir ki, bu barədə “Əl-İxbariyyə” telekanalına danışan rəsmi şəxs məlumat verib.

Əşrəfiyyə və Şeyx Məqsud məhəllələrində baş verən qarşıdurmalardan sonra razılaşma əldə olunub.

Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin Baba dövlət televiziyasına açıqlamasında PKK/YPG hücumları nəticəsində 25 mülki şəxsin yaralandığını, bir jurnalistin isə yüngül xəsarət aldığını bildirib.

Məlumata görə, Hələbdə bu gündən etibarən bütün təhsil və dövlət müəssisələrinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm