İqtisadi gündəm
Rusiyada benzinin qiyməti rekord həddə çatdı
Oktyabrın 6-da Sankt-Peterburq birjasının məlumatına görə, Rusiyanın Avropa hissəsində Aİ-92 markalı benzinin qiyməti ilk dəfə olaraq bir ton üçün 74 min rubldan yuxarı qalxıb.
Publika.az xəbər verir ki, 0,46 faiz artımdan sonra qiymət 74 202 rubla çatıb. Urals və Sibir bölgələrinə, eləcə də Uzaq Şərqə tədarük edilən eyni markalı benzin isə nisbətən ucuzlaşsa da, Avropa hissəsinə nəzərən daha baha qalır.
Yay dizel yanacağı da 0,53 faiz bahalaşaraq 71 330 rubla yüksəlib. Bununla belə, dizelin qiyməti hələ sentyabrda qeydə alınan illik rekord səviyyəyə çatmayıb.
Qiymət artımı fonunda Rusiyanın bir sıra regionları həm pərakəndə satışda bahalaşma, həm də yanacaq çatışmazlığı ilə üzləşib. Ekspertlər bunu neft emalı zavodlarında istehsalın azalması və tələbatın artması ilə izah edirlər.
Gərginliyi azaltmaq üçün yerli hakimiyyətlər müəyyən məhdudiyyətlər tətbiq edib. Krımda isə hər səhər yanacaq almaq mümkün olan yanacaqdoldurma məntəqələrinin siyahısı rəsmi olaraq dərc olunur.
Adəm
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı








.jpg)





























