Nida Təhlil
Əliyevin 6 il öncə dedikləri gerçəkləşir: 100 il sonra yaranmış fürsət
Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilən “Regional sülh və təhlükəsizlik” mövzusundakı zirvə toplantısında əsas gündəm mövzularından biri Vaşinqton anlaşması – Zəngəzur dəhlizi olacaq. Bunu şərtləndirən iki amil var:
Birincisi, Bakı və İrəvanın sülh sazişini paraflaması ilə Cənubi Qafqazda yeni mərhələyə start verilir və Əliyev müttəfiqləri ilə bu dövrün reallıqlarını müzakirə etməli, TDT çərçivəsində “saatlar yoxlanılmalıdır”;
İkincisi, Zəngəzur dəhlizinin açılması perspektivi – bu, ABŞ-ın nəzarət edəcəyi TRİPP çərçivəsində olsa belə - türk dünyasının coğrafi parçalanmasını aradan qaldıracaq: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə məhz Naxçıvanda təsis edilməsindəki əsas hədəflərdən biri məhz bu idi, Əliyev isə 10 il sonra – Türk Şurasının (TDT-nin əvvəlki adı) 2019-cu ildə keçirilən Bakı zirvəsində “Zəngəzur bölgəsinin Azərbaycandan alınaraq, Ermənistana verilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı” sözləri ilə bu hədəfi açıq şəkildə elan etdi; 2020-ci il müharibəsi və postmünaqişə dövrünün diplomatik mübarizəsinin sonunda Zəngəzur dəhlizinin reallaşması – türk coğrafiyasının coğrafi parçalanmasına son qoyulması hədəfinə doğru böyük məsafə qət edilib, bu baxımdan, Qəbələ zirvəsinin gündəmi 100 il sonra tarixin axarının dəyişməsi/dəyişə biləcəyi fonunda xüsusilə aktualdır;
Coğrafi parçalanmanın aradan qalxması perspektivində imkanlardan doğru yararlanmaq üçün TDT hadisələrin gedişinə uyğun davranmaqdan, proseslərin inkişafına yön verməlidir:
- Zəngəzur dəhlizinin açılması ilə türk dünyasında əldə olunacaq coğrafi bütövlükdə səflər sıxlaşdırılmalı, inteqrasiya dərinləşməlidir;
- Coğrafi bütövlükdən Orta dəhlizin aktuallığının artırılmasında istifadə edilməli və bu marşrut xətti üzərində siyasi, iqtisadi, hətta hərbi balansın tərs yöndə dəyişməsinə imkan verilməməlidir;
Liderlərin Qəbələ zirvəsinin pərdəarxası müzakirəsində bu istiqamətlər strateji əhəmiyyətə malikdir.
Asif Nərimanlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc29 Avqust 21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial29 Avqust 20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin229 Avqust 19:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO























.webp)
.png)









.jpg)
.jpg)