İqtisadi gündəm
“5 manat gəliri olana 6 manat borc verilməməlidir” - AMB
Əhalinin borclanmasına qarşı deyilik, əsas məsələ sağlam borclanmadır.
Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə bu gün keçirilən “Maliyyə Sabitliyi Hesabatı”nın təqdimatı zamanı səsləndirib.
Onun sözlərinə görə AMB əhalinin borclanmasına qarşı deyil: “Əhalinin borclanmasın kimi bir niyyətimiz yoxdur. Aydındır ki, borclanma olmalıdır, çünki bu, iqtisadi artımı tətikləyən faktorlardan biridir. Sadəcə borclanma sağlam formada həyata keçirilməlidir. Məsələn, 5 manat gəliri olan şəxsə 6 manat borc verilməməlidir.”
Şahin Mahmudzadə bildirib ki, məqsəd borclanmanın qarşısını almaq deyil, izafi borclanmanın qarşısını almaqdır: “Gördüyümüz tədbirlər borclanmanı məhdudlaşdırmaq üçün deyil, onun izafiliyini azaltmaq üçündür. Maliyyə sabitliyinin strateji çərçivəsinə baxsaq, orada 5 əsas istiqamət müəyyən edilib və onlardan biri məhz izafi borclanmanın qarşısının alınmasıdır.”
AMB rəsmisi əlavə edib ki, əhalinin gəlirləri artdığı kimi, borclanma da müəyyən qədər yüksəlib: “Əhalinin gəlirləri artıb, buna münasibətdə borclanma da müəyyən qədər artıb. Hazırda borclanmadakı artım təxminən 19,2% təşkil edir. Lakin region ölkələri ilə müqayisədə bu göstərici hələ də aşağı səviyyədədir.”(FED.az )
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO








.jpg)





























