Hadisə
Sərxoş kişini sancan gürzə dərhal öldü: Arvadının qarşısına elə fakt qoydu ki...
Xorvatiyada gürzə sərxoş kişini dişləyib və onun qanındakı spirtin miqdarından ölüb.
Publika.az xəbər verir ki, bu barədə "News Bar" məlumat yayıb.
Bildirilir ki, hadisə 42 yaşlı Ştef Raduliçin məhəllə ətrafında gəzdiyi zaman baş verib. Onun sözlərinə görə, gəzinti zamanı təsadüfən gürzənin quyruğunu tapdalayıb. Təhlükə hiss edən ilan onu ayağından dişləyib.
"Kəskin bir ağrı hiss etdim və dərhal anladım ki, ilandır. Həkimə qaçmaq istəyirdim, amma gördüm ki, mənim yox, ilanın halı pisidir. Gözləri yarı bağlı idi, sanki yellənirdi və başını iki dəfə ağaca vurdu", - xorvatiyalı bildirib.
Kişi sürünənə yardım edib onu təcili yardım otağına çatdırmaq istəyərkən ilan ölüb. Baytarlıq müayinəsi onun qanında spirtin miqdarının 5,1 q/kq olduğunu müəyyən edib.
"Yerli gürzələr, sadəcə olaraq, "ovlarının" qanında spirtin bu qədər konsentrasiyasına uyğunlaşmırlar, xüsusən də günorta saat ikidə", - deyə doktor Mate Drniç bildirib.
İlanın zəhəri Ştefin özünə heç bir təsir göstərməyib. Həkimlər onun qanında olan spirtin zəhəri zərərsizləşdirdiyini güman edirlər ki, bu da onun həyatını xilas etmiş ola bilər.
"İndi mən həkimdən xahiş edirəm ki, mənə alkoqolun həyatımı xilas etdiyinə dair rəsmi təsdiqlə faks göndərsin və mən bununla, nəhayət, həyat yoldaşıma içkinin zərərli deyil, əksinə, yararlı olduğunu sübut edə bilim", - deyə Stef zarafat edib.
Adəm
-
Magazin106:16Murad Dadaşov oğluna toy etdi - VİDEO
-
İdman01:11Tofiq Musayevə yüksək VƏZİFƏ VERİLDİ
-
Sosial00:30Bir ailənin fəryadı: Gəncin ölümünə ambulans səbəb olub? - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgidə emosional yaxınlıq yaşana bilər
-
Avropa6 Dekabr 23:48Naməlum təhdid davam edir - Vilnüs hava limanı yenə bağlandı
-
İdman6 Dekabr 23:36“Sabah”la AFFA arasında QALMAQAL - Klub açıqlama yaydı
-
Magazin16 Dekabr 22:36Zeynəb Xanlarovanın yeni görüntüləri yayıldı - VİDEO
-
Magazin26 Dekabr 22:00Onun mahnısı 2025-ci ilin ən yaxşı hiti seçildi - VİDEO


























.jpg)








.jpg)



