Dünya
Alimlərdən ciddi xəbərdarlıq: Yerin qoruyucu qalxanı zəifləyir

Yerin maqnit sahəsində sirli bir bölgə sürətlə genişlənir və qərbə doğru hərəkət edir. Alimlərin “Cənubi Atlantika Anomaliyası” (SAA) adlandırdığı bu bölgəyə 2014-cü ildən bəri Texasdan iki dəfə böyük olan ərazi əlavə olunub və o, Afrikaya doğru sürüşür.
Publika.az "Hürriyet"ə istinadən xəbər verir ki, tədqiqatlara görə, SAA 2014-2025-ci illər arasında 25 faizə qədər böyüyərək hər il 22,5 kilometr qərbə doğru irəliləyib.
Bu, Yerin nüvəsindəki ərimiş dəmirin turbulent axınlarının yaratdığı qeyri-adi maqnit nümunələri ilə bağlıdır. Yerin maqnit sahəsi bizi Günəşdən gələn radiasiyadan qoruyan təbii qalxandır. Lakin bu sahənin zəifləməsi ciddi nəticələr doğura bilər.
Alimlər bildirir ki, anomal bölgə üzərindən keçən peyklər yüksək radiasiyaya məruz qalır, bu isə GPS, rabitə və hava proqnozu sistemlərində nasazlıqlara səbəb ola bilər.
Danimarka Texniki Universitetinin alimi Kriz Finlayın sözlərinə görə, Afrikaya doğru keçid Cənubi Amerikaya doğru keçidlə müqayisədə fərqlidir: "Bu bölgədə xüsusi hadisə baş verir və maqnit sahəsinin daha intensiv zəifləməsinə səbəb olur. Cənubi Atlantika Anomaliyası Yerin nüvəsindən gələn xəbərdarlıqdır və bu, planetimizin qoruyucu qalxanının dinamik olduğunu göstərir".
Avropa Kosmik Agentliyinin (ESA) "Swarm" peyklərinin 11 illik məlumatları göstərir ki, Yerin digər hissələrində də maqnit sahəsində zəifləmə müşahidə olunur. Bu dəyişikliklər naviqasiya, peyk əməliyyatları və texnoloji sistemlər üçün risk yaradır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, SAA-nın böyüməsi planetin dərinliklərində baş verən dəyişikliklərin siqnalıdır.
Roza
-
Banklar 18:10
Şirkətlər "YeloBank"dakı pullarını geri çəkiblər
-
Magazin217:37
Bu məşhurun xanımı ziyafətə 3 milyon 774 min manatlıq çanta ilə gəldi - FOTOLAR
-
Sosial17:02
Növbəti iki gündə yağış və sulu qar yağacaq - XƏBƏRDARLIQ
-
Sosial16:50
Eşqi Bağırovun işdən çıxarılması xəbəri YAYILDI
-
Dünya16:38
Deşifrə edildi: Tramp və Makron bir-birinə görün nələr deyiblər - VİDEO
-
Nida Xəbər 16:14
Ramil Həsənin deputatlığına xitam verildi
-
İdman15:24
Abramoviç milyonlar verəndən sonra yoxa çıxan məşqçi: Azərbaycandan təklif alıbmış
-
Dünya15:18
Moskvaya gedən Əl Şaraanın Putindən nə tələb etdiyi bəlli oldu