İdman
Abramoviç milyonlar verəndən sonra yoxa çıxan məşqçi: Azərbaycandan təklif alıbmış
2012-ci ildə “Çelsi”də heç kimin tanımadığı köməkçi məşqçi Roberto Di Matteonun adı birdən-birə bütün futbol dünyasına yayıldı. Baş məşqçi Andre Villaş-Boasın istefasından sonra Di Matteo inanılmaz bir uğura imza atdı. Komandaya Çempionlar Liqasının finalına qədər yol açdı və Münhendə “Bayern”i məğlub edərək klub tarixində ilk dəfə bu kuboku qazandırdı.
Bununla belə, çoxu italyan mütəxəssisin uğuruna şübhə ilə yanaşdı. Ekspertlər onun sadəcə bəxtinin gətirdiyini, qələbənin əsasən təcrübəli futbolçular - Didye Droqba, Frenk Lempard, Con Terri və Petr Çex sayəsində əldə olunduğunu deyirdilər.

Amma o dövrdə “Çelsi”nin sahibi Roman Abramoviç gözlənilmədən Di Matteoya etibar etdi. Çempionlar Liqasındakı qələbəyə görə ona 750 min funt sterlinq mükafat verdi və növbəti mövsümdə komandada baş məşqçi kimi qalmasına icazə verdi. Halbuki Di Matteo bundan əvvəl yalnız “Milton Kins Dons” və “Vest Bromviç”də çalışmışdı.
Təəssüf ki, italyan mütəxəssis Abramoviçin etimadını doğrulda bilmədi. Payızın sonuna doğru “Çelsi” oyununu itirdi, hücumda sönük performans göstərməyə başladı və noyabrın 21-də “Yuventus”a Çempionlar Liqasında məğlubiyyətdən dərhal sonra Di Matteo istefaya göndərildi. O, klubdan 12,5 milyon avro təzminat aldı.

Bundan sonra Di Matteonun adı uzun müddət medianın gündəmindən itdi. O, yalnız 2 il sonra - 2014-cü ilin oktyabrında Almaniyanın “Şalke” klubu ilə müqavilə bağladı. Lakin orada da cəmi 7 ay davam gətirə bildi və istefaya göndərildi.
Daha sonra italyan “Aston Villa”nın baş məşqçisi oldu, amma İngiltərədə də uğur qazana bilmədi. Onun rəhbərliyi altında komanda 12 oyundan yalnız birində qalib gəldi.

O vaxtdan bəri Di Matteo bir daha baş məşqçi kimi işləməyib. O, futbola qayıtmaq istədiyini dəfələrlə bildirsə də, yeni klub tapa bilməyib. Onun sözlərinə görə, Çindən, ABŞ-dən gələn təklifləri rədd edib. Robertonun 2017-ci ildə Robert Prosineçkidən sonra Azərbaycan milli komandasını çalışdırmaq imkanı olub. Lakin o "qapısını döyən" AFFA nümayəndələrini geri çevriib.
2023-cü ildə Di Matteo gözlənilmədən futbola qayıdıb. Bu dəfə Cənubi Koreyanın “Çonbuk Hyundai” klubunda məsləhətçi kimi fəaliyyət göstərib. Amma cəmi 1 ildən sonra bu vəzifəni də tərk edib.

Hazırda Di Matteo yalnız KİV-də ekspert kimi çıxış edir və bəzən “Çelsi”nin veteranlar komandasının oyunlarında iştirak edir. Yaxınlarda “Liverpul”un əfsanələri ilə matçda (0:1) “mavilər”in məşqçisi kimi meydanda olub.
Di Matteonun hələ 55 yaşı var, amma görünür, onun böyük futbola qayıdışını artıq gözləməyə dəyməz.
Heybət
-
Sağlamlıq21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Nida Xəbər 20:04Abbas Əraqçi Bakıya gəldi - FOTO/YENİLƏNDİ
-
Magazin219:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Ekologiya17:40Meteohəssas insanların nəzərinə!
-
İdman16:42Messi tarixi uğurdan danışdı
-
Digər16:21Uşaq bağçası və xəstəxana vuruldu, 116 nəfər öldü





























.jpg)



