Nida Xəbər
Bu şəxslər yenidən hərbi xidmətə çağırılır
Bir çox hərbi xidməti başa vurmuş şəxslər yenidən hərbi hissələrə çağırılıb.
Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanununun müvafiq bəndlərinə uyğun olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər:
"Müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarı ilə hərbi vəzifəlilər hərbi təlim və xüsusi toplanışlarda Qanunla müəyyən edilmiş müddətdən əlavə 3 ayadək müddətə saxlanıla bilərlər.
Hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi toplanışlara aşağıdakı qaydada çağırılırlar:
Birinci dərəcəli ehtiyatda olanlar (əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar - 35 yaş; kiçik zabitlər - 50 yaş; mayor və polkovnik-leytenantlar - 50 yaş; polkovniklər - 55 yaş; ali zabitlər - 60 yaş.) - hər dəfə iki ay müddətinə olmaqla beş dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq;
İkinci dərəcəli ehtiyatda olanlar (əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar - 50 yaş) - hər dəfə iki ay müddətinə olmaqla üç dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq;
Üçüncü dərəcəli ehtiyatda olanlar (əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar - 50 yaş; kiçik zabitlər, mayor və polkovnik-leytenantlar - 55 yaş; polkovniklər - 60 yaş; ali zabitlər - 65 yaş.) - bir ay müddətinə bir dəfə".
P.Sədrəddinov qeyd edib ki, hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 günlük hərbi yoxlama toplanışlarına da çağırıla bilərlər.
-
Magazin222:26Smartfonsuz yaşayan məşhur rejissor - Onun üçün həyat necə davam edir?
-
İdman21:36Kabab bişirirmiş, oğlu alaya-ağlaya gəlib deyib ki…
-
Art21:24Avropa bu süfrədən danışır: Saniyəölçən yox, təcrübə lazımdır - VİDEO
-
Magazin121:12Qızının sürprizi aparıcını ağlatdı
-
İKT20:12Smartfonun ömrünü belə uzatmaq olar
-
Sosial18:48Mehman Mehdiyev vəzifəsindən getdi
-
Sosial17:50Bu şəxslərə hər ay 100 manat veriləcək - YENİ QƏRAR
-
Dünya16:23Donald Trampa bənzəyən buğa gündəm oldu: Qurbanda kəsəcəklər - FOTOLAR























.jpg)








