İdman
Argentinadan darmadağın, Messi tarixə düşdü
Argentina yığması yoldaşlıq görüşündə Puerto-Riko üzərində 6:0 hesablı qələbə qazanıb.
Publika.az xəbər verir ki, oyun ABŞ-nin Fort-Loderdeyl şəhərində keçirilib.
Qalib komandanın heyətində Aleksis Makallister ilə Lautaro Martines dubl edib və Qonsalo Montiel fərqlənib. Daha bir dəfə isə Puerto-Riko millisinin yarımmüdafiəçisi Stiven Etçevarria topu öz qapısına göndərib.
Argentina millisinin kapitanı Lionel Messi görüşdə iki məhsuldar ötürməyə imza atıb. Bununla da o, futbol tarixində milli komandalar üzrə ən çox asist edən oyunçu olub.
Hazırda onun Argentina yığmasının heyətində 60 qol ötürməsi var. Messi bu göstəricidə Neymarı (58, Braziliya) və Lendon Donovanu (58, ABŞ) qabaqlayır.
Heybət
-
Art01:11Prezidentin qızları və gəlini "Gülçöhrə və Əsgər" tamaşasının premyerasında - FOTO
-
İdman00:45Şahruddin tənqidlərə cavab verdi: “Dili mükəmməl bilməsəm də...”
-
İdman00:15Millimiz Avropa çempionatının seçmə mərhələsində QƏLƏBƏ AZANDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, çox şeyi dəyişdirəcək
-
Art18 Noyabr 23:24“Atam sonuncu dəfə əlimi sıxdı, alnımdan öpdü”
-
İdman18 Noyabr 22:48Dava düşdü, maşının açarı futbolçunun alnına ilişdi
-
Magazin118 Noyabr 22:24Xatirədən ittihamlara cavab - “Mən o adam deyiləm”
-
Sosial18 Noyabr 21:12Azərbaycanda 30 min abonent susuz qalacaq - XƏBƏRDALIQ































