Nida Xəbər
Ramil Həsənin deputatlığına xitam verildi - Yeniləndi
Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Sahib oğlu Həsən 2025-ci il oktyabrın 2-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) müraciət edərək Türk Dövlətləri Parlament Assambleyasının (2025-ci il 12 iyun tarixli) Qərarı ilə həmin təşkilatın Baş katibi vəzifəsinə seçilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilməsini xahiş edib.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı R.S.Həsənin müraciəti və Türk Dövlətləri Parlament Assambleyası tərəfindən təqdim olunmuş təsdiqedici sənədlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırılmış və onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün əsasların olduğu müəyyən edilib.
Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin deputatı başqa ödənişli fəaliyyətlə məşğul olduqda onun deputat səlahiyyətlərinə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 175.3-cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının qərarı ilə xitam verilir.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.14-cü, 28.2-ci, 28.4-cü, 175.3-cü, 176.2-ci və 176.3-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Sahib oğlu Həsənin deputat səlahiyyətlərinə xitam verilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
***
Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzat Qasımov bu gün keçirilən iclasda deyib.
Onun sözlərinə görə, qərar səsvermə yolu ilə qəbul edilib.
-
Art01:11Prezidentin qızları və gəlini "Gülçöhrə və Əsgər" tamaşasının premyerasında - FOTO
-
İdman00:45Şahruddin tənqidlərə cavab verdi: “Dili mükəmməl bilməsəm də...”
-
İdman00:15Millimiz Avropa çempionatının seçmə mərhələsində QƏLƏBƏ AZANDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, çox şeyi dəyişdirəcək
-
Art18 Noyabr 23:24“Atam sonuncu dəfə əlimi sıxdı, alnımdan öpdü”
-
İdman18 Noyabr 22:48Dava düşdü, maşının açarı futbolçunun alnına ilişdi
-
Magazin118 Noyabr 22:24Xatirədən ittihamlara cavab - “Mən o adam deyiləm”
-
Sosial18 Noyabr 21:12Azərbaycanda 30 min abonent susuz qalacaq - XƏBƏRDALIQ


































