Şaraa Kremldə Putinlə görüşdü - VİDEO
Bizi izləyin

Dünya

Şaraa Kremldə Putinlə görüşdü - VİDEO

Suriya prezidenti Əhməd Əl Şaraa Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Putin görüş zamanı ilk açıqlamasını verib.

"Sovet dövründən Suriya ilə Rusiya arasında həmişə yaxşı münasibətlər olub. Biz Suriya xalqının maraqlarını nəzərə almışıq. Rusiyanın ali məktəblərində 4 min gənc təhsil alır. Onlar Suriyanın gələcəyini gücləndirəcək və quracaqlar. Biz Suriya ilə əlaqələri və qarşılıqlı əməkdaşlığı gücləndirməyə davam edəcəyik", - deyə Rusiya prezidenti qeyd edib.

Əl Şaraa isə Rusiyanın Suriyanın yenidən qurulmasında tarixi rol oynayacağını bəyan edib: "Bu, ciddi bir səfərdir. Rusiya ilə Suriya arasında ciddi münasibətlər var. Biz səylərimizi davam etdirəcəyik".

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm