Ukraynaya görə üçüncü dünya müharibəsi olmayacaq: Tramp nəyə arxayındır?
Bizi izləyin

Dünya

Ukraynaya görə üçüncü dünya müharibəsi olmayacaq: Tramp nəyə arxayındır?

ABŞ prezidenti Donald Tramp Ukraynaya görə üçüncü dünya müharibəsinin baş verməyəcəyini bəyan edib.

Publika.az xəbər verir ki, mətbuat konfransı zamanı Tramp bir daha vurğulayıb ki, Rusiyanın Ukraynaya müdaxiləsi onun ABŞ prezidenti olduğu müddətdə baş verməyib.

"Bu müharibəni mən başlamamışam. Bu, Baydenin sövdələşməsidir. Mən içəri girəndə tamamilə qarışıqlıq idi. Bu, III Dünya Müharibəsinə səbəb ola bilərdi. Amma indi baş verməyəcək", - Tramp deyib.

Trampın sözlərinə görə, o, ikinci dəfə Ağ Evə gələndə bu müharibə qızışmışdı.

"Mən gedəndə heç kim bu barədə düşünmürdü. Dörd il ərzində heç kim bu barədə danışmadı... Bütün bunlar çox pis qərarlar qəbul edildiyi üçün baş verdi", - Tramp bildirib.

ABŞ prezidenti təkcə ötən həftə Rusiya ilə Ukrayna arasında gedən müharibədə 7000-dən çox insanın öldüyünü bildirib.

"Bu, bizim ölkəmizə təsir etmir. Biz amerikalıları itirmirik. Amma onlar rusları, ukraynalıları, əsasən də hərbçiləri itirirlər. Və biz bunu dayandıra biləcəyimizə inanırıq. Düşünürəm ki, prezident Putinlə münasibətim sayəsində bu, çox tez baş verəcək", - Tramp vurğulayıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm