Məşhur jurnalistin avtomobili partladıldı: Bir az əvvəl qızı da... - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Məşhur jurnalistin avtomobili partladıldı: Bir az əvvəl qızı da... - FOTO/VİDEO

Bu gün Romada sui-qəsd xarakterli güclü partlayış baş verib.

Publika.az TASS-a istinadən xəbər verir ki, sui-qəsd cəhdi tanınmış italyan jurnalisti, “Rai” dövlət telekanalında “Report” araşdırma proqramının aparıcısı Siqfrido Ranuççiyə qarşı olub.

İnternetdə avtomobilin zədələnməsini və xeyli məsafəyə səpələnmiş dağıntıları göstərən video görüntülər yayılır.

“Corriere della Sera”nın məlumatına görə, partlayış o qədər güclü olub ki, təkcə avtomobillərə deyil, yaxınlıqdakı yaşayış binasına da ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Ranuççi qeyd edib ki, onun qızı da partlayışdan bir az əvvəl maşının yanından keçib. Jurnalist hadisənin birbaşa peşə fəaliyyəti ilə bağlı olduğunu düşünür. Belə ki, bir gün əvvəl o, yayıma yeni araşdırma hazırlayırmış.

Hadisə yerində ixtisaslaşmış polis və yanğınsöndürmə bölmələri işləyir. Faktla bağlı araşdırma aparılır.

Ranuççinin sözlərinə görə, bomba avtomobilin altına qoyulub.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm