Hadisə
Rafiq Mehdiyev vəfat etdi

Daxili Yanma Mühərrikləri üzrə dünya şöhrətli azərbaycanlı alim, professor Rafiq Mehdiyev bugün səhər saatlarında vəfat edib.
Publika.az xəbər verir ki, alim 89 yaşında vəfat edib.
Qeyd edək ki, Rafiq Mehdiyev 1936-cı ildə Cəbrayılda anadan olub. 1993-2000-ci illərdə Azərbaycan Texniki Universitetinin rektoru olub. 2000-2020-ci illərdə İstanbul Texniki Universitetində çalışıb, Türkiyədə işlərini və ixtiralarını davam etdirib.
O həmçinin Türkiyənin ilk yerli traktor motorunun ixtiraçısı professoru olub. 300-dən çox elmi əsərin, 15-ə yaxın ixtiranın müəllifi olan alimin son ixtiralarından biri maye qazla işləyən dizel mühərrikidir və bu ixtira Türkiyədə böyük uğur qazanıb. Rafiq Mehdiyev Türkiyədə ölkədə çalışdığı dövrdə müdafiə sənayesi quruculuğunda yaxından iştirak edib.
Alimin Bir sıra ixtiraları bəzi qərb dövlətlərində, o cümlədən İngiltərə, İtaliya, Almaniya, eləcə də Rusiya və Yaponiyada patentləşdirilib. Yetişdirdiyi 20-dən artıq alimin arasında ABŞ, Almaniya, Hindistan, İraq, Polşa və Ukrayna vətəndaşları da var.

-
ABŞ02:00
Pentaqon rəhbərinin Zelenski ilə görüş üçün seçdiyi qalstuk olay oldu
-
Qoroskop00:55
Günün ulduz falı: qəfil xərclər çıxa bilər
-
Dünya00:35
Ağ Evdə Tramp-Zelenski görüşü keçirildi - Foto/Video/Yeniləndi
-
Avropa17 Oktyabr 23:59
Şahzadə bütün titullarından imtina etdi
-
MDB17 Oktyabr 22:16
Rusiyada müdafiə sənayesi zavodunda PARTLAYIŞ - Xəsarət alanlar var
-
Nida Xəbər 17 Oktyabr 20:50
Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına qadağa qoyuldu
-
Region17 Oktyabr 20:10
Onların evində axtarış aparıldı
-
Nəqliyyat17 Oktyabr 20:00
Taksilərlə bağlı yeni qərar BU TARİXDƏN qüvvəyə minəcək