İsrail dronları vuruldu: Dəyərli kəşfiyyat məlumatları ələ keçirildi
Bizi izləyin

Dünya

İsrail dronları vuruldu: Dəyərli kəşfiyyat məlumatları ələ keçirildi

Fələstin İslami Cihadının hərbi qolu olan Səraya əl-Qüds "Baxış Bloklama" əməliyyatı çərçivəsində Qərbi Şəriədəki İsrail müşahidə dronlarından vacib kəşfiyyat məlumatları əldə edib.

Publika.az xəbər verir ki, bu barədə Fələstin mətbuatı məlumat yayıb.

Bildirilib ki, ələ keçirilən məlumatlara düşmən mövqelərinin, komandanlıq və nəzarət mərkəzlərinin, qoşun cəmləşmələrinin koordinatları, eləcə də bu mərhələdə açıqlana bilməyən digər məxfi məlumatlar daxildir.

Səraya əl-Qüds komandirinin açıqlamasına görə, bu məlumatlar düşmənin hərbi mövqelərinə və nəzarət məntəqələrinə qarşı partlayıcı qurğuların yerləşdirilməsi kimi müxtəlif əməliyyatların uğurla həyata keçirilməsinə imkan verir.

"Düşmənin Fələstin xalqına qarşı sui-qəsd, zorakılıq və cinayət siyasəti davam etdikcə, Qərbi Şəriədəki hərbi əməliyyatlar dayanmayacaq və düşmən daha çoxunu gözləməlidir",- komandir qeyd edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm