Dünya
"Bir damla nefti yoxdur, amma bizdən çox irəlidədir" - Xatəmidən etiraf
Türkiyə neftə sahib olmasa da, inkişaf baxımından daha yüksək səviyyələrə çatıb.
Publika.az xəbər verir ki, bunu İranın sabiq prezidenti Məhəmməd Xatəmi Yəzd şəhərinə səfəri zamanı deyib.
O, Türkiyənin artan regional və qlobal gücünə toxunaraq bildirib: “Türkiyəni bizim üçün model adlandırmaq istəmirəm, amma onların bir damla nefti yoxdur. Buna baxmayaraq, bu gün turizm və sənaye sahəsində bizdən çox irəlidədirlər. Bizim neftimiz var idi, onların yox. Lakin onların turizmdən əldə etdiyi gəlirlər bizim ümumi neft gəlirlərimizi belə geridə qoyur”.
Xatəmi İran iqtisadiyyatının neftdən asılı vəziyyətdə qalmasından narazılığını ifadə edib:
“Körfəz ölkələrinin elm və texnologiyaya yatırdığı sərmayələri bir kənara qoyun, təkcə turizm gəlirlərimizi onlarla müqayisə edin. Biz regiondakı bir çox ölkələrdən geri qalmışıq. İnkişafımız yalnız hərbi sahədə olub. Bu sahədə regionda üçüncü yerdəyik, amma digər göstəricilərdə xeyli geridəyik”.
Roza
-
Sosial13:08Azərbaycanın məşhur şirkətini ermənilərlə nə birləşdirir? - FOTOFAKT
-
Dünya11:16Yalvarırdı: Rusiyanın hücumu başlayanda Zelenski Stoltenberqdən nə xahiş edib?
-
Dünya10:18“Qiyamət radiosu”ndan daha iki sirli mesaj
-
Nida Xəbər 09:54Putin 44 günlük müharibədə İrəvandan görün nə tələb edib: Ermənilər açıqladı
-
Sosial08:24Qırmızı bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanları yola salındı
-
Region07:55Türkiyədə 6,1 bal gücündə zəlzələ: Yaralı sayı artdı - VİDEO/YENİLƏNDİ
-
ABŞ03:19ABŞ hərbi bazasını təxliyə etdi - "Melissa" qasırğasına görə
-
Qoroskop02:00Günün ulduz falı: Maliyyə məsələlərində risklərdən uzaq olun!















.jpg)


.jpg)














.jpg)




