Dünya
Monteneqronun XİN rəhbəri Türkiyə ilə viza qalmaqalına toxundu: Pis niyyətli şəxslər...
Xəbər verdiyimiz kimi, Monteneqronun baş naziri Milojko Spajiçin Türkiyə vətəndaşları üçün qalmaqallı viza rejimi tətbiqi qərarı ciddi etirazlara səbəb olub.
Publika.az xəbər verir ki, Monteneqronun xarici işlər naziri Ervin İbrahimoviç Türkiyənin "A Haber" telekanalına müsahibəsində sözügedən məsələyə dair mövqeyini bildirib.
O, baş verən son neqativ hadisələrə baxmayaraq, Türkiyə ilə münasibətlərin əla olduğunu və hadisələrin təxribat xarakteri daşıdığını vurğulayıb. İbrahimoviç qeyd edib ki, Türkiyə vətəndaşları üçün viza sadələşdirilməsi təmin ediləcək.
"Ölkələrimiz arasında son dərəcə yaxşı münasibətlər var. Siyasi səviyyədə də müttəfiqik və NATO-da bir yerdəyik. Ölkəyə xarici investisiyaların 20 faizindən çoxu Türkiyədəndir. Bu il bu məbləğ təxminən 92 milyon avrodur. Bu, münasibətlərimizin gücünü göstərir və biz bu istiqamətdə irəliləməyə davam edəcəyik. Türklərə qarşı hərəkətlər pis niyyətli şəxslər tərəfindən təxribat məqsədilə həyata keçirilir", - nazir bildirib.
Xatırladaq ki, Türkiyə vətəndaşları üçün vizasız səyahətin dayandırılması qərarı Monteneqronun paytaxtı Podqoristada Türkiyə vətəndaşlarının iştirak etdiyi bıçaqlı davadan sonra verilib. Sözügedən hadisədən sonra ölkədəki Türkiyə vətəndaşlarına qarşı etirazlar və hücumlar da daxil olmaqla çoxsaylı təxribat xarakterli hərəkətlər həyata keçirilib.
Roza
-
Art19:48SSRİ Xalq artisti Yakub Əhmədov VƏFAT ETDİ - FOTO
-
Sosial19:24"Pulu kameranın altında say, sonra qaytar" - Yazıçının keçmiş xanımı belə aldadılıb
-
ABŞ19:00Stüardessalar arasında "QƏHVƏ SAVAŞI" - Təyyarə 4 saat ləngidi
-
Hadisə18:40Bağçada uşağı döyən dayə ilə bağlı QƏRAR VERİLDİ
-
Bilgi.az18:36Rauf Abdullayev xəstəxanaya yerləşdirildi - FOTO
-
Nida Xəbər 18:24Əli Əsədov yeni qərar imzaladı
-
Sosial17:13Əli Əsədov iki qərar imzaladı
-
Hadisə16:04"Land Rover" parklanmış 3 maşını aşırdı





























.jpg)




